Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Əskişəhirdə helikopter qəzası ilə əlaqədar Türkiyəyə başsağlığı verib.

BUTA.TV xəbər verir ki, bu barədə nazirliyin X hesabında paylaşım edilib.

"Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopterin Əskişəhirdə qəzaya uğraması xəbəri bizi dərindən kədərləndirib. Baş vermiş hadisə ilə əlaqədar qardaş Türkiyəyə, Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinə və helikopterdə həlak olmuş hərbçilərin ailə üzvlərinə dərin hüznlə başsağlığı veririk. Hadisədən zərər çəkən hər kəsə və onların yaxınlarına bu çətin məqamda səbir və dözüm diləyirik", - paylaşımda bildirilib.

Qeyd edək ki, Əskişəhərdə baş verən helikopter qəzası nəticəsində 5 əsgər şəhid olub.

Gömrükdə yaranan insidentlə bağlı - Polis tədbir gördü - Video - Yenilənib Gömrükdə yaranan insidentlə bağlı - Polis tədbir gördü - Video - Yenilənib