İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?

08:02 - 28 Noyabr 2024 - GÜNDƏM

 İsrail taktiki uğur qazandı: bəs İran nələr itirdi?

Livanla atəşkəs razılaşması İsrailə hərbi baxımdan iki üstünlük qazandırdı:

1. Hizbullahın sərhəddən uzaqlaşdırılması və Litani çayının (Nəhr əl-Litani) qruplaşmanın qarşısında təbii səddə çevrilməsi;

2. Şimal sərhədlərinin təhlükəsizliyinin təmin edilməsi, evlərini tərk edənlərin təhlükəsiz şəkildə geri qayıtması.
Hizbullaha qarşı əməliyyat başlayanda bunun 2006-cı il müharibəsinə bənzəyəcəyi – qısamüddətli olacağı və hədəfin qruplaşmanı sərhəddə təhlükə yaratmayacaq məsafəyə qədər uzalaşdırmaq olduğu gözlənilirdi. Həsən Nəsrullahın öldürülməsi ilə İsrail Hizbullah üzərində psixoloji baxımdan da üstünlük qazandı. Hərçənd bütün bunlar taktiki uğurlardır. Netanyahu hakimiyyəti Hizbullahı tamamilə sıradan çıxarmaq və İranı müharibəyə cəlb etmək həddinə qədər getməkdə maraqlı idi. Qərbli müttəfiqlərinin təzyiqi və Beynəlxalq Cinayət Məhkəməsinin çıxardığı qərar irəliləmənin önünü kəsən amil oldu.

Rəsmi şəkildə qarşı çıxsalar da, bu qərarın-təzyiqin arxasında Bayden administrasiyasının dayandığı aydın görünür, əks təqdirdə ABŞ-ın istəyi olmasaydı, BCM-də hökmün verilməsi çətin olardı. Bayden üçün atəşkəs Ağ Evi “diplomatik uğurla” tərk etməkdirsə, Fransa üçün Livanda mövqelərini qorumaq məqsədi daşıyır. Eyni zamanada, ABŞ-ın hazırki administrasiyası ilə Fransa arasında postbayden dövründə Trampın Ukrayna və Yaxın Şərqdə mümkün addımlarına qarşı balansın yaradılması məqsədilə uzlaşma da müşahidə edilir.

Bu xəbər hal-hazırda çox oxunur
Əli Kərimliyə bu cəza verildi

Bayden və Makron yaxın perspektiv üçün istəyinə nail olsa da, İsrailin taktiki uğurla kifayətlənəcəyini demək çətindir. İstisna deyil ki, Trampın Ağ Evə gəlişindən sonra İsrail İran və proksi qüvvələrinə qarşı daha genişmiqyaslı əməliyyatlara start verəcək, lakin növbəti hədəf Suriya və Yəməndəki qruplaşmalar olacaq.
Bu atəşkəsdən Bayden administrasiyası, Fransa və İsraillə yanaşı, Livan hökuməti də qazanclı çıxdı, xüsusilə Hizbullahın hərbi və siyasi müstəvidə zəifləməsi fonunda ölkəyə nəzarəti ələ almaq baxımından.

İran itirən tərəf kimi görünür, amma baş verənlər Tehran üçün “pis və ən pis” arasında seçim – proksi qüvvələrinin “qalxan” kimi istifadə edilməsi idi. Hizbullahın zəifləməsi Xameneidən sonrakı dövrünə hazırlaşan İran üçün qruplaşmanı formatlamaq və yenidən formalaşdırmaq baxımından heç də səmərəsiz deyil.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol