Azərbaycan-Ermənistan sülh sazişi layihəsində müzakirə edilən və razılaşdırılmayan məsələlərdən birinin Bakının Minsk qrupunun de-yure buraxılması şərti ola biləcəyini yazmışdıq. Prezident İlham Əliyev Kiselyova müsahibəsində bunu təsdiq edib.
Əliyev bildirib: “Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk Qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk Qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk Qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
Minsk Qrupunun de-yure mövcudluğu bölgədə maraqları olan tərəflərin gələcəkdə “dayaq nöqtəsi”nə çevrilə bilər. Ermənistan da regionda şərtlərin dəyişməsi və Azərbaycana qarşı təsir rıçağı əldə etmək ümidi ilə bu məsələdə maraqlı görünmür.
- Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
- Fatimənin qətlinə görə Türkiyədə saxlanılan var
- Su anbarında övladları ilə birgə batan polis şəhid övladı imiş
- Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanıldı
- Ümumrespublika birinciliyinə yekun vuruldu - Video
- "Mersedes" beton maneəyə çırpıldı: 2 ölü, 1 yaralı
- Ağsu RQİİ-nin əməkdaşları təltif edildi
- Bakıda əməliyyat: saxlanılanlar var