Rusiyaya zərbələrin əsas hədəfi budur - "Tayms"
Ukraynanın dron operatorları Rusiya ordusunun cəbhə xəttindən xeyli uzaqda yerləşən logistika marşrutlarına zərbələr endirirlər. Onların əsas məqsədi Krımı Rusiyanın əsas ərazisindən tamamilə təcrid etməkdir.
BUTA.TV xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
Nəşr yazır ki, bu gün müharibənin gedişatını hər şeydən çox iki əsas innovasiya müəyyənləşdirir. “Starlink” sistemləri dronlardan alınan video görüntüləri ötürür və bu, çox böyük məsafələrdə hərəkət edən hədəfləri vurmağa imkan verir:
“Peyk rabitəsinə çıxış Ukrayna qoşunlarına həm təhlükəsiz internet əlaqəsi, həm də demək olar ki, real vaxt rejimində kəşfiyyat görüntüləri əldə etməyə imkan verir”.
“Bu, həqiqətən də vəziyyəti köklü şəkildə dəyişən amildir. Bu imkan bizə Rusiyanın arxa cəbhəsindəki logistika yollarını kəsməyə başlamağa şərait yaradır. Bu isə döyüşlərin gedişinə birbaşa təsir edir, çünki rusiyalılar cəbhə xəttinə sursat, şəxsi heyət, patron və yanacaq çatdırılmasında problemlərlə üzləşirlər”, – nəşrə “Buruq bığ” çağırışlı ukraynalı hərbçi bildirib.
Bununla belə, nəşr vurğulayır ki, Rusiyanın Çin istehsalı olan, turbojet mühərriklərlə təchiz edilmiş ucuz pilotsuz uçuş aparatları var. Bu, ona Ukraynanın iri şəhərlərinə sutka ərzində dalğalar şəklində zərbələr endirməyə imkan verir. Hazırda bu dronları əsasən Qərb istehsalı olan bahalı raketlər vasitəsilə vurmaq mümkündür və belə raketlərin sayı kifayət qədər deyil.
Qeyd olunur ki, hər iki tərəf qarşı tərəfin əldə etdiyi üstünlüyü öz xeyrinə çevirməyə çalışır:
“Bir tərəfdən, Ukrayna Rusiya qoşunlarının cəbhə xəttində geri çəkilməsinə səbəb olan zərbələr endirir. Eyni zamanda, Kreml Ukrayna şəhərlərinə müharibənin ilk ilindən bəri görünməmiş intensivlikdə zərbələr endirir”.
Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar