Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?
Rusiyanın İrkutsk vilayətində sanitar-epidemioloji vəziyyət stabil olaraq qalır.
BUTA.TV xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.
“İrkutskda kəskin respirator virus infeksiyalarına yoluxma səviyyəsi epidemioloji həddən 12,6 faiz aşağıdır. Hər həftə təxminən 16 min kəskin respirator virus infeksiyası halı qeydə alınır və son iki həftə ərzində isə artım qeydə alınmayıb”, - məlumatda vurğulanıb.
Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində 189 nəfər vəba şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?