Ermənistanın Kotayk vilayətində qayda pozan sürücünü dayandırmağa cəhd edən iki patrul polisi yaralanıb.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Məlumata görə, hadisə dünən gecə baş verib:

“Polis əməkdaşları “Hyunday” markalı avtomobilin yol hərəkəti qaydalarını pozduğunu görüb və sürücüdən maşını saxlamağı tələb ediblər. Buna cavab olaraq, maşından atəş açılıb və nəticədə iki polis əməkdaşı yaralanıb. Avtomobil sonradan tapılıb. Sərxoş olan sürücü və sərnişin saxlanılıb. Xəsarət alan polis əməkdaşları xəstəxanaya aparılıb. Onların həyatı təhlükədə deyil”.

Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?