Abşeron rayonunda bir neçə gün əvvəl döyülərək ağır xəsarətlər alan 32 yaşlı kişi həyatını itirib.

BUTA.TV xəbər verir ki, hadisə oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimi zamanı baş verib.

1994-cü il təvəllüdlü Cavid Nəzərlinin Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyüldüyü bildirilir.

Ağır vəziyyətdə olan C.Nəzərli təcili tibbi yardım maşını ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. O, bir neçə gün komada qalıb.

Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. C.Nəzərli bu gün xəstəxanada vəfat edib.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.


Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi - Foto


05 oktyabr, 15:52

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən şadlıq evlərindən birinin qarşısında kütləvi dava düşüb.

BUTA.TV "Bakupost"a istinadla xəbər verir ki, hadisə oktyabrın 3-də gecə saatlarında qeydə alınıb.

Məlumata görə, dostlar arasında yaranan mübahisə davaya çevrilib. Dava zamanı Ceyhun adlı şəxs yıxılarkən başı daşa dəyib. Ağır xəsarət alan şəxs Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hazırda onun koma vəziyyətində olduğu bildirilir.

Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu? Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?