Azərbaycanlı həkim həbs edildi
Təhlükəsizlik məmurları urmiyalı xanım həkim Bayan Salehianı həbs edib.
BUTA.TV xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, o, sosial mediada hökumətə qarşı tənqidi çıxış etdikdən sonra məmurlar onun mənzilinə hücum edib və axtarış aparıblar.
Sentyabrın 27-də saxlanılan Bayan Salehian bir neçə gün dindirildikdən sonra Urmiya həbsxanasına köçürülüb.
Ona qarşı irəli sürülən ittihamlar haqqında məlumat verilmir.
Qeyd edək ki, urmiyalı həkim bundan əvvəl də tənqidi paylaşım və çıxışlarına görə həbs edilib.
Ramin Məmmədov YAP-ın İdarə Heyətindən niyə qovuldu?