AZAL-ın Aktau limanı yaxınlığında qəzaya uğrayan təyyarəsinin göyərtəsində Qazaxıstan, Azərbaycan, Rusiya, Tacikistan və Qırğızıstan vətəndaşları olub.
BUTA.TV xəbər verir ki, bu barədə Baza Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarədə 15-ə yaxın rusiyalı olub.
Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.
Qroznıda duman olduğu üçün təyyarə əvvəlcə Mahaçqala, daha sonra isə Aktau hava limanına göndərilib. Xəzər dənizi üzərində isə təyyarəmiz quş sürüsü ilə toqquşub və SOS siqnalı verib.
Təyyarədə 67 nəfər – 62 sərnişin və 5 ekipaj üzvü olub. Qazaxıstan FHN artıq 12 nəfərin sağ çıxarılaraq, xəstəxanalara yerləşdirildiyini bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu