Azərbaycan təyyarəsinin qəzası ilə bağlı danışıqlara biznesmenlər Qod Nisanov və Zarax İliyev qoşula bilərlər.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu iddia ilə “Nezıqar” Teleqram kanalı çıxış edib.
Məlumata görə, xüsusən İliyevin Vladimir Putinlə Leninqrad Universitetində kurs yoldaşı olması onun Bakı ilə “danışıqlara” cəlb edilməsinə şərait yarada bilər:
“İddia edilir ki, məsələyə “Fud Siti” aqrokompleksi ilə bağlı olan klan nümayəndələri qoşulmağa cəhd ediblər. Onların müdaxiləsi situasiyanın qeyri-rəsmi nizamlanmasına cəhdlə bağlı olub, lakin belə fəaliyyətlər Azərbaycan və Qazaxıstanın etirazına səbəb olub.
Üstəlik, bu fonda Çeçenistan rəhbəri Ramzan Kadırov qəzada yaralanan və həlak olanlara kompensasiya təklifi ilə çıxış edib. O, hər yaralıya 10 min, hər ölənin yaxınına isə 25 min dollar təklif edib. Bu isə Azərbaycan cəmiyyətinin sərt reaksiyasına səbəb olub. Rəsmi Bakı təklifi rədd edib və yersiz sayıb.
Mənbələr deyir ki, Rusiya Xarici İşlər Nazirliyi, demək olar, danışıqlarda, konfliktin həllində iştirak etmir. Son illər bu nazirlik xüsusilə MDB-də bu istiqamətdə işləyən mütəxəssislərini itirib. Danışıqlar isə əsasən qeyri-rəsmi kanallarla aparılır”.
Qeyd edək ki, rəsmi Bakı təyyarənin vurulmasına görə günahkar tərəfin üzr istəməsini, məsuliyyət daşıyanların həbs edilməsini və təzminat ödənməsini tələb edir.
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi