İran dövlət televiziyası – Press TV-nin direktoru Mehdi Hənəlizadə görün nə deyir: “İraqda Türkiyəyə qarşı SDF/PKK/YPG-ni dəstəklədiyimiz kimi, Suriya inqilabçılarına qarşı da ABŞ ilə müttəfiq olmalıyıq. Suriyada da kürdlərə dəstək verməliyik...”
BUTA.TV xəbər verir ki, bu barədə Avropada yaşayan jurnalist Elbəyi Həsənli qeyd edib.
O bildirib ki,”Amerikaya ölüm”, “Amerika ən böyük şeytandır” deyənlər indi “Sem dayı” ilə müttəfiq olmaq istəyir:
“Çünki Türkiyəni vurmaq istəyirlər. Türkiyəni vurmaq elə Azərbaycanı vurmaq kimi bir şeydir. Azərbaycan Suriyada Türkiyə ilə çiyin-çiyinədir.
Fars şovinistləri Azərbaycan türklərinə qarşı ermənilərə dəstək verdilər, indi də Türkiyə türklərinə qarşı Amerika ilə müttəfiq olub, PKK-ya dəstək vermək arzusuna düşüblər”.
Qeyd edək ki, İranın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryanı bu gün XİN-ə çağırılıb, İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amulinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi" kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib.
- Villasında ayrıca iclas salonu yaradıb, tribuna qurubmuş
- Azərbaycana gəlmək istəyən İraq vətəndaşları çətinliklə üzləşir?
- Mehdiyevin məktubunun saxta olduğunu deyənləri anlayıram
- Türkiyə onu təcili Bakıya göndərdi - Mühüm səbəb
- Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür
- "Boz kardinal"ın çevriliş planı bir daha ifşa olundu
- Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə
- Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov