İranın Azərbaycandakı müvəqqəti işlər vəkilindən sonra Rusiya səfirinin də Xarici İşlər Nazirliyinə çağırılmasına ehtiyac var. Məsələ burasındadır ki, İrandakı rəsmi dairələrə bağlı qruplar kimi, Rusiya hakimiyyətinə bağlı Z-blogerlər də (Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləyənlər) Azərbaycan və dövlət başçımız İlham Əliyev əleyhinə qara təbliğata başlayıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Kreml İlham Əliyevin Rusiyadan təzminat və təyyarənin vurulmasına görə cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirmək əvəzinə Azərbaycanı hədəf seçən Z-blogerləri “irəli” çəkib:
“Azərbaycan Ukraynaya dəstək verir”, “Təyyarənin vurulmasına görə Ukrayna günahkardır”, “İkinci Qarabağ müharibəsi zamanı rusiyalı sülhməramlılara atəş açılmışdı” kimi həqiqəti əks etdirməyən bəhanələr gətirirlər. Məqsəd əsas mövzudan yayınmaqdır. İranda Azərbaycanı hədəf seçənlər hakimiyyətin mühafizəkar qruplarına aid olduğu kimi, Rusiyadakı Z-blogerlər də Moskvada informasiya siyasətini müəyyənləşdirən rəsmi strukturlara aiddir”.
Azərbaycan rəsmiləri Xamenei ilə vida mərasimində - Video - Yenilənib
- Sumqayıtda 20 yaşlı qadın çimərlikdə boğuldu
- İlham Əliyevdən Trampa məktub
- Hərbçilərə telefonla neqativ xəbər ötürməyin! - MN-dən çağırış
- Bakıda taksi ağır qəza törətdi: 3 iranlı tələbə...
- Xameneinin dəfninə görə 1 həftə vaxt verdi
- Bazarlarda 11-12 manata quzu əti... - Video
- Psixoloq: Nəzarət mütləqdir, ancaq etimad qorunmalıdır
- Bir aydır ki, körpü bu haldadır - Sakinlər çətin durumda+Video