Dövlət başçısı İlham Əliyev artıq ikinci dəfədir ki, Azərbaycanın sərnişin təyyarəsinin vurulmasıyla bağlı Rusiyanın günahkar olduğunu və bu dövlətin üzərinə düşəni etmədiklərini bildirib. Kremldən səs çıxmır. Görünür, Kremlin təyyarə qəzasında ölənlərin ailələrinə kompensasiya ödəmək və cinayətkarları cəzalandırmaq fikri yoxdur. Əksinə, son günlər nəzarət etdikləri informasiya şəbəklərini Azərbaycan əleyhinə təbliğata yönəldiblər.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq Rusiyanın təyyarəmizi vurmasından dərhal sonra İrandakı mühafizəkar dairələrin də Azərbaycan əleyhinə təbliğata başlamalarının təsadüfi olmadığını qeyd edib:
“Deyəsən, Moskva-Tehran cütlüyü Suriyada məğlubiyyətin əvəzini Türkiyə və Azərbaycandan çıxmağa çalışır. İran Prezidenti Məsud Pezeşkianın bu ay Moskvaya səfərini və rusiyalı həmkarı Vladimir Putinlə imzalayacağı strateji əməkdaşlıq haqqında sazişi diqqətlə analiz etməli olacağıq. Bu iki dövləti yalnız Qərb əleyhinə ortaq siyasət birləşdirmir, Rusiya və İran ətraflarındakı dövlətlərin müstəqil siyasətlərinə qarşı da birgə mübarizə tədbirlərini gücləndirəcəklər. Vladimir Putin İlham Əliyevin “kompensasiya ödəyin və cinayətkarları cəzalandırın” tələbini yerinə yetirməyəcəksə, il ərzində iki ölkə arasında münasibətlərin gərginləşməsinə hazır olmalıyıq. İranın mühafizəkar dairələri də bizdən əl çəkən deyillər. Belə vəziyyətdə Türkiyə ilə koordinasiyanı gücləndirməyə ehtiyac yaranacaq”.
- Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi
- İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...
- Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi
- Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı
- Dünya üçün fəlakət proqnozu – Azərbaycana da yaxınlaşır
- “Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir - Paşinyan
- Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan
- Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Hər şeyi edəcəyik