Yutuber Albert İsakov Ermənistanın hazırkı müdafiə naziri Suren Papikyanla bağlı olduqca maraqlı faktlar təqdim edib.
BUTA.TV xəbər verir ki, o, Papikyanın təxminən 10 ili əhatə edən şəbəkə hesabındakı paylaşımları ilə onun düşüncələrini və yanaşmalarını ortaya qoyub.
Məsələn, 2014-cü ildəki paylaşımında Papikyan Bakını ələ keçirəcəkləri barədə olan məqaləni paylaşıb. Məqalədə isə ovaxtkı müdafiə naziri Vazgen Sərkisyanın hərbi hissəyə getməsindən bəhs edilir. Guya o, mülki paltarda olur və maşını da özü sürür.
Hərbi hissəyə daxil olduqdan sonra əsgərlərlə söhbət edir. Nazir erməni əsgərlərin kəmərindəki “HB” (Haykakan banak – Ermənistan ordusu) abreviaturasının mənasını bir əsgərdən soruşur. Əsgər deyir: bu, “Hasnenq Baku” – “Bakını alacağıq/Bakıya çatacağıq” deməkdir. Nazir isə əsgəri qucaqlayaraq, hərbi hissə komandiri Seyran Saroyana təriflər yağdırır ki, cəsarətli əsgərlərin var.
Papikyan da 28 yanvar 2014-cü ildə məhz bu “məqaləni” “Alacağıq” sözləri ilə paylaşıb.
1 dekabr 2019-cu ildə isə Papikyan əlində nar olan fotosunu bu sözlərlə paylaşıb: “Ağdam mənim vətənimdir!” (Suren Papikyan 26 aprel 1986-cı ildə Cəlaloğluda (ermənilər onun adını Stepanavana dəyişib) anadan olub).
Papikyan hazırda bu postların hər ikisini səhifəsindən silib.
Ancaq 1 sentyabr 2014-cü ildə Papikyan qonşulara ərazi iddiasını əks etdirən paylaşımını hələ də saxlayır. Bu paylaşımda ortada Ermənistanın bayrağı, dörd tərəfində isə üzərində “qərbi Ermənistan” (Türkiyə ərazisi), “Cavax” (Gürcüstan ərazisi, Cavaxetiya), “Artsax” və “Naxçıvan” yazılmış əski parçaları əks olunub.
- Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol
- Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan
- Trampın Almaniya ilə Ermənistanı səhv salması...
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!