"Azercell"dən qadınların aqrobiznesinə dəstək

19:10 - 15 Yanvar 2025 - GÜNDƏM

"Azercell"in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir.

BUTA.TV xəbər verir ki, lider mobil operatorun elan etdiyi sosial layihə müsabiqəsində qalib gələn "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi “FarmHer” proqramını həyata keçirir

"Azercell"in qadınların cəmiyyətdəki rolunun daha da gücləndirilməsi məqsədilə elan etdiyi müsabiqəsinin qalibləri layihələrinin icrasına başlayıblar. Qaliblərdən biri olan "FarmHER” proqramı kənd təsərrüfatı sahəsində çalışan qadınların bilik və bacarıqlarının inkişafına yönəlik təlimlərə start verib.

Layihənin əsas məqsədi bölgələrdə yaşayan qadınları aqrobiznes sahəsində mövcud fəaliyyət istiqamətləri ilə tanış etmək, onların iqtisadi müstəqilliyinə və rifahının artırılmasına töhfə verməkdir. Bu proqram qadınların aqrar sahədə sahibkar kimi formalaşmasına dəstək verir. Təlimlər yeni texnologiyalar, bazara çıxış, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları kimi mövzuları əhatə edir.

Bu xəbər hal-hazırda çox oxunur
Laçın istiqamətində yeni hərbi qurğu... - Foto

Qeyd edək ki, bu günədək Şamaxıda yaşayan 25 qadın üçün bir neçə təlim və müxtəlif interaktiv sessiyalar təşkil olunub. Əlavə olaraq, proqram iştirakçıları layihə çərçivəsində peşəkar mentorlarla da təmin ediliblər.

Xatırladaq ki, “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin həyata keçirdiyi “Farmher” layihəsi "Azercell"in “Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı”nın dörd qalibindən biridir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol