ABŞ-dan Ermənistana xüsusi sərhəd qrupunun göndərilməsi bölgədə gərginliyin artmasına səbəb olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması barədə danışarkən deyib.
Politoloq bildirib ki, bəzi mənbələr Ermənistana göndəriləcək ABŞ hərbi qrupunun əsas hədəfinin İran olduğunu vurğulayır:
“Ona görə hesab edirəm ki, İrəvanın bu addımından İran ciddi şəkildə narahat olacaq. Çünki Trampın vəzifəyə başlamasından sonra İrana qarşı əməliyyat keçirilməsi ehtimalı yüksəkdir.
Düşünürəm ki, İranı dövlət olaraq çökdürəcəklər. Hətta gündəlikdə İranın bölünməsi planı da var. İran paytaxtının ölkənin cənubuna köçürülməsi istəyinin səbəbi də budur”.
- Bu qürurlu gündə İlham Əliyevə salamlarımı çatdırıram
- Prezident ABŞ Mərkəzi Komandanlığının komandanı ilə görüşdü
- Azərbaycanın hərbi qulluqçuları Türkiyədə - Foto
- Ərsin Tatar Azərbaycandan yazdı
- Los-Ancelesdəki baş konsulumuz 200 min dollar mənimsəyib?
- Rumıniya XİN-dən Azərbaycanla bağlı açıqlama
- Sərhədin açılması üçün Türkiyənin şərti budur - Mirzoyan
- Mirzoyandan dəhliz açıqlaması