Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə bu gün keçirilən prosesdə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 10 illik həbs cəzası çıxarıldığı məlumatını vermişdik.
BUTA.TV xəbər verir ki, bununla yanaşı, Bəxtiyar Hacıyevin mülkü də müsadirə olunacaq.
Belə ki, məhkəmənin hökmü ilə onun Bakı şəhəri Həsən bəy Zərdabi küçəsində olan evi və bank hesablarında olan vəsaiti müsadirə olunacaq.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabr ayında saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 206.1 (qaçaqmalçılığa köməklik etmə), 221.2.2 (bir qrup şəxs tərəfindən ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq), 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə), 320.1 və 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə təqsirli bilinib.
- Azərbaycanlılarla qarşılaşdım, bizdən zəifdirlər, amma... - Aqabekyan
- Bu da Stalinin məşhur bunkeri - FOTO
- Şok: qəzadan sağ çıxdı, evakuatorun trosu isə öldürdü
- Qüdsdə bayram tədbirində erməni keşişlərin əxlaqsızlığı - Foto
- Azərbaycanda 273 ukraynalı uşaq reabilitasiyadan keçdi
- İrəvan niyə Minsk qrupunu saxlamaqda israr edir? - Bayramov
- Bayramov Çavuşoğlunun atasının vəfatına görə Türkiyədə - Foto
- ABŞ elan etdi: seçki, insan haqları “tələbi” bitdi