İran nümayəndəsi Paşinyana Cənubi Qafqazda şahmat oyununun qaydalarını izah edib.
BUTA.TV xəbər verir ki, bu sözləri rusiyalı politoloq Stanislav Tarasov İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın İrəvana səfərini şərh edərkən bildirib.
O qeyd edib ki, Yaxın Şərqdəki böyük böhranın sunami dalğaları Cənubi Qafqaza çatır:
“İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Bakı və İrəvana səfər edib. O, Azərbaycan və Ermənistanın ali rəhbərliyi ilə danışıqlar aparıb. Səfər Yaxın Şərqdə və xüsusən də Suriyada baş verən “zorakı hadisələr”lə birbaşa bağlı olub”.
Ermənipərəst politoloqun fikrincə, İran Ermənistanın Mehri bölgəsinin Azərbaycan tərəfindən tutula biləcəyindən şübhələnir.
Tarasov sözlərinə görə, Tehranın Bakıya çəkindirici təsir göstərmək imkanları daha böyükdür, yalnız ona görə ki, Azərbaycan Rusiya ilə birlikdə Şimal-Cənub qlobal geoiqtisadi layihəsinin iştirakçısıdır və Qafqazda geosiyasi sabitlikdə maraqlıdır:
“Bundan başqa, Bakı regional məsələlərin region dövlətləri tərəfindən həllinin tərəfdarıdır və mübahisəli məsələlərin həlli üçün 3+3 formatını (Rusiya, İran, Türkiyə, Azərbaycan, Ermənistan və Gürcüstan) dəstəkləyir. Burada Tehranın maraqları Bakı üst-üstə düşür.
Ermənistan isə başqa məsələdir. “Caliber.az”ın məlumatına görə, Əhmədian İrəvana səfəri zamanı Ermənistana AB-nin müşahidə missiyasından imtina etməyi təklif edib. Bunun qarşılığında isə İrəvana İran qoşunlarının Ermənistan ərazisinə gətirilməsini də əhatə edən hərbi müqavilə imzalamağı təklif edib. Tehranın fikrincə, bu, “xarici hərbi qüvvələrin Ermənistanda olması hesab edilməyəcək və yalnız vəziyyəti sabitləşdirəcək”. Beləliklə, Ermənistan özünü hazır həll variantları olan iki geosiyasi mərkəz arasında tapıb və çətin addımlar atmalı olacaq”.
Tarasov o qənaətdədir ki, vəziyyətdən iki çıxış yolu var: Birincisi, Azərbaycanla barışmaq, Türkiyə ilə münasibətləri bərpa etmək və bununla da gələcək neqativ hadisələrdən qorunmaq, ikincisi, AB missiyasının fəaliyyətini məhdudlaşdırmaq:
“Məsələ ondadır ki, bu missiya Ermənistan və Azərbaycan sərhədində risklərin azaldılması və sabitliyin bərqərar olunması kimi rəsmi şəkildə bəyan edilmiş funksiyalarını heç vaxt yerinə yetirməyib. Atışmalar olub, lakin missiya heç vaxt bu faktları qeydə almayıb”.
Onun fikrincə, Yaxın Şərqlə Cənubi Qafqazda baş verən proseslər arasında sıx əlaqəni az adam təsəvvür edirdi, lakin indi ilk addım atan İrandır:
“Ermənistan həqiqətən də ciddi tarixi seçim etməli olacaq. O, bunu nə qədər tez başa düşsə, həm özünə, həm də başqalarına bir o qədər yaxşı olar”.
- Rusiya helikopteri Azərbaycanda, AZAL təyyarəsi Aktauda...
- Lavrovdan Azərbaycan açıqlaması: Bakı ilə əlaqələr...
- AZAL təyyarəsinin qəzasından sui-istifadə... - Mixaylov
- Lavrovun “Bayramova məktub” yalanını kim və niyə yaydı?
- Paşinyanın məxfi planı üzə çıxdı: Bakı oyunu pozmalıdır
- Zərər 300 milyarda çatır: ABŞ-da iqtisadi böhran olacaq?
- Azərbaycan gəmilərinin hələ də buraxılmamasının səbəbi...
- Pilot təyyarəni Qroznıya icazəsiz endirə bilərdi: Nə baş verib?