Tehranın Evin həbsxanasında saxlanılan Güney Azərbaycan əsilli İsveç vətəndaşı professor Əhmədrza Calali İsveç hökumətinə ünvanladığı mesajda həyatına laqeydliyə görə rəsmi Stokholmu tənqid edib.
BUTA.TV xəbər verir ki, bu barədə onun həyat yoldaşı Vida Mehranniya məlumat yayıb.
“Edam təhlükəsi ilə üz-üzə qaldığım dəhşətli şəraitimə, sağlamlığımda ağır problemlərin yaranmasına baxmayaraq, mənim taleyimə laqeyd yanaşırsınız və görünür ki, ikili vətəndaş olduğuma görə sizin üçün ikinci dərəcəli vətəndaş hesab edilirəm”, - güneyli alim deyib.
O, 7 ay əvvəl İran rəsmilərinin onun edam ediləcəyi barədə yenidən açıqlamalarını xatırladaraq bildrib ki, ağır şəraitdə olduğuna görə edam edilmədən öncə də həyatını itirə bilər.
Qeyd edək ki, əslən Güney Azərbaycanın Sarab mahalından olan İsveç vətəndaşı Əhmədrza Calali 2016-cı ilin aprel ayında Tehran və Şiraz universitetlərinin dəvəti ilə elmi konfransa qatılmaq üçün İrana səfər etdikdən sonra həbs edilib.
2017-ci ilin sentyabr ayında Tehran İnqilab Məhkəməsi azərbaycanlı alimi “İsrailə casusluq” ittihamına görə edama məhkum edib və qərar İran Ali Məhkəməsi tərəfindən də təsdiq olunub.
- Rusiya inanılmaz yola əl atır: 61 trilyon əldə edəcək
- Zelenskinin videosuna Putindən reaksiya: Şəhərə gir...
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?