Londonun Hitrou hava limanının rəhbərliyi dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı məktubu ünvanlayıb.
BUTA.TV xəbər verir ki, “Azərbaycan Hava Yolları”na ünvanlanan məktubda Hitrou hava limanının rəhbərliyi baş verən faciəvi hadisənin onları dərindən kədərləndirdiyini bildirib. Onlar aeroport adından həyatını itirənlərin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verərək, “Azərbaycan Hava Yolları” icmasına güc və dəstək diləklərini çatdırıblar: “Bu çətin dövrdə belə bir dərin itki ilə üzləşən hər kəsin düşüncələrimizdə və dualarımızda olduğunu bilməsini istəyirik. Xüsusilə, bu faciəvi vəziyyətlə üzləşən pilotların və ekipaj üzvlərinin cəsarəti və peşəkarlığı böyük təqdirə layiqdir. Azərbaycan Prezidenti tərəfindən onlara Milli Qəhrəman adı verildiyini, sağ qalan iki ekipaj üzvünün isə yüksək mükafatlarla təltif edildiyini öyrənmək bizim üçün böyük şərəfdir”, – məktubda qeyd olunub.
- Qarabağla bağlı təxribatçı düzəliş qəbul olundu - Foto
- İrəvanda təşviş: bu sahələr Azərbaycanın nəzarətinə keçəcək
- Bakıdan Kiyevə daha bir jest: Bu kvotalar artırıldı
- Ağır dərs, robota çevrilən şagirdlər – Nazirlik qərar verdi
- Almaniya vətəndaşlarını çıxarır: İrana hücum olacaq!
- Azərbaycanlı Almaniyada yüksək vəzifəyə təyin olundu
- Çin rəsmisi İrəvanda: Simonyanla Azərbaycandan danışdı
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi