2020-ci il noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan Rusiya helikopteri həmin gecə transponderləri söndürərək sərhədin Naxçıvan hissəsinə qədər irəliləyən erməni kolonnasını müşayiət edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Caliber”in məqaləsində qeyd olunur.
Nəşr yazır ki, Bakı o zaman məsələni açıq şəkildə təqdim etmək əvəzində, geri addım atmağı seçdi:
“Azərbaycan Prezidenti İlham Əliyev həmin vaxt haqlı olaraq onun qanuni hədəf olduğunu deyə bilərdi. Amma o, kişi kimi davrandı, üzr istədi, helikopterin təzminatı və həlak olanların ailələrinə kompensiyasiya ödənildi”.
“Caliber” 2023-cü il sentyabrında keçirilən antiterror əməliyyatları zamanı rus sülhməramlılarına məxsus avtomobilin atəşə tutulması ilə bağlı detalları da açıb:
“Rusiya sülhməramlı kontingentinə əvvəlcədən xəbərdarlıq edilib ki, 2023-cü il sentyabrın 23-də antiterror əməliyyatı keçirilən gün onların yeganə vəzifəsi bazada qalmaq olub. Kontingentin böyük əksəriyyəti bu “çətin” tapşırığın öhdəsindən uğurla gəldi. Lakin xəbərdarlıqlara məhəl qoymadan və Azərbaycan tərəfinə məlumat vermədən bazanı tərk etmək qərarına gələn bir neçə zabit oldu. Döyüş şəraitində istənilən razılaşdırılmamış hərəkət edən avtomobil avtomatik olaraq hədəfə çevrilir və təəssüf ki, o zabitlər də məhz bu səbəbdən atəşə məruz qaldı. Amma onlara açıq-aydın bazada qalmaq təlimatı verilmişdi. Vəziyyətin faciəvi olmasına baxmayaraq, Azərbaycan tərəfi baş verənlərə görə məsuliyyəti öz üzərinə götürdü, üzr istədi və hadisə ilə əlaqəli şəxsləri məsuliyyətə cəlb etdi”.
Nəşr mənbələrinə istinadən yazır ki, əgər Rusiya məsələni ört-basdır etməyə çalışsa, istintaqın nəticələrini açıqlamasa, Azərbaycan məsələni beynəlxalq hüquqi müstəviyə çıxaracaq. Həmçinin Moskvanın məsuliyyətdən yayınması Bakı ilə münasibətlərdə qırılma nöqtəsinə səbəb olacaq. Rusiyanın onsuz da az sayda dost dövləti qalıb və tezliklə daha birini – Azərbaycanı itirmək riski ilə üzləşir.
- MÜSİAD "Rabitəbank"la memorandum imzaladı
- Şahbaz Şərif azərbaycanlı nazirlə görüşdü
- Ordumuzun vurduğu rus helikopteri ilə bağlı sensasiya
- Hikmət Mirzəyev Türkiyənin Baş qərargah rəisi ilə görüşdü
- Vilayət Eyvazov rəisləri topladı
- Azərbaycanla Pakistan arasında mühüm protokol imzalandı
- PA rəsmisi Türkiyə səfirini qəbul etdi
- Oleq Bakinski nədə ittiham olunur? - Yeni faktlar