Ermənistan Baş naziri Nikol Paşinyan Vaşinqton səfərini bitirir. Hansı ki, bu dönəm ərzində o, Qərbin gözündə özünün yeni sevimli demokrat imicini gücləndirməyə ümid edirdi. Lakin hələ də bilinmir ki, göndərdiyi mesajlara Tramp administrasiyası reaksiya verir, ya yox.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Eurasianet” nəşrində qeyd edilib.
Nəşrin məlumatına görə, Paşinyan qəsdən sülhlə bağlı çıxışlar edib ki, ABŞ-dan əhəmiyyətli yardım ala bilsin.
“O çalışır ki, vəziyyətdən istifadə etsin. Ermənistanın Gürcüstanı əvəz etməsinə cəhd edir”, – məqalədə yer alıb.
Sayt həmçinin qeyd edir ki, Paşinyanın demokratikləşmə planının əsasını Azərbaycanla sülh razılaşması təşkil edir:
“O, Azərbaycanla sülhü Qərbə asan qoparılası meyvə kimi təqdim etməyə çalışır. Trampın sülhlə bağlı mövqeyi bilinməsə də, Ermənistana əvvəlki maliyyə dəstəyini ortamüddətli perspektivdə ayırmayacağı ilə bağlı fikri qətidir”.
- Azərbaycanda ən populyar internet brauzeri...
- Anar Bayramovdan yeni - Təyinat
- Azər Məmmədov Qobustanda vətəndaşları qəbul etdi
- Anar Bayramovdan yeni - Təyinat
- Anar Əliyev Ronald Praysla görüşdü
- Bakıda daha iki yol sahəsində təmir işləri aparılır
- Bu yollarda hərəkət 2 günlük tam məhdudlaşdırılır
- Vilayət Eyvazovdan mühüm qərar...