Azərbaycan rəqəmsal platformaların seçkilərdə həm imkanlarını, həm də risklərini tanıyır.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva qurumun qış sessiyası çərçivəsində Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Ümumi Komitədə “Yeni texnologiyaların və sosial medianın seçkilərə təsirləri” mövzusunda xüsusi müzakirədə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, yeni texnologiyalar və sosial media dünya üzrə seçkilərə təsir edib:
"Məsuliyyətlə istifadə edildikdə, onlar şəffaflığı, vətəndaş iştirakını və daha geniş iştirakçılığı təşviq edərək demokratiyanı gücləndirir. Lakin onlar, həmçinin yanlış məlumat, saxta xəbərlər və ictimai rəyin manipulyasiyası kimi çətinliklər yaradır".
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Sevinc Fətəliyeva həmçinin Ermənistan parlamentinin deputatı Lilit Galstyanın müzakirələrdən kənar, Azərbaycana qarşı əsassız iddialarına da cavab verib.
Belə ki, erməni deputat çıxışında hazırda Bakıda məhkəməsi keçirilən Azərbaycan dövlətinə və xalqına qarşı ağır cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxsləri, xüsusilə Ruben Vardanyanı “hərbi əsir” kimi təqdim edərək onların məhkəməsinin obyektivliyi ilə bağlı tədbir iştirakçılarında yanlış rəy formalaşdırmağa çalışıb.
Azərbaycanlı deputat isə erməni deputatın yalanlarını ifşa edib:
“Azərbaycanın milli qanunlarına və beynəlxalq konvensiyalara uyğun olaraq, öz ərazisində cinayətlərdə, o cümlədən müharibə cinayətləri və terrorizmdə ittiham olunan şəxsləri araşdırmaq və mühakimə etmək suveren hüququ var. Ruben Vardanyan və ölkəmizin Qarabağ bölgəsindən olan digər 15 şəxs terrorizm, soyqırımı və müharibə cinayətlərində ittiham olunurlar. Azərbaycan bu məhkəmə proseslərini şəffaf şəkildə və hüquqi standartlara uyğun aparır”.
- Bakı və İrəvan arasındakı sülh bu ölkələr üçün... - Senator
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir