Qazaxıstan Aktauda baş verən təyyarə qəzasının obyektiv və şəffaf araşdırılmasında qərarlıdır.
BUTA.TV xəbər verir ki, bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev deyib.
Diplomat vurğulayıb ki, istintaq açıq və dürüst olmalıdır:
“Gizlədəcək heç nəyimiz yoxdur. Biz ədalətli araşdırmanın tərəfdarıyıq”.
Səfir araşdırma prosesinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına ciddi riayət olunmaqla, Azərbaycan, Rusiya və Braziliya nümayəndələrinin iştirakı ilə aparıldığını da xatırladıb.
O qeyd edib ki, Qazaxıstan Nəqliyyat Nazirliyinin təyyarə qəzası ilə bağlı ilkin hesabatında hələlik heç bir tərəfin təqsiri və ya məsuliyyəti müəyyən edilməyib.
Qeyd edək ki, AZAL aviaşirkətinin Bakıdan Qroznıya uçan Embraer 190 təyyarəsi 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Onlardan 29-u sağ qalıb. İlkin məlumatlara görə, təyyarə Rusiya hava məkanına kənardan fiziki və texniki müdaxilə nəticəsində qəzaya uğrayıb.
- FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi
- Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya
- Mirzoyan Rubionun müavini ilə görüşdü
- İdmançımız qəzaya düşdü - Anbaan video
- Qazaxda mina partlayışı: xəsarət alan var
- ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir
- Qiymət 3 dəfə qalxdı, 3 gündür verilmir - Nə qədər pul “silinir”?
- C-130 buna görə qəzaya uğrayıb - “A Haber”