İranda çox gərgin, bəlkə də “dəhşətli” deyə biləcəyimiz proseslər baş verir.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli İranda iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Himmətinin impiçmentindən sonra Cavad Zərifin vitse-prezident vəzifəsindən istefa verməsi haqda danışarkən deyib.
Politoloq bildirib ki, bu məqamda Pezeşkianın istefa verdiyi haqda qeyri-rəsmi informasiyanın yayılması təsadüfi deyil:
“Bir müddət öncə Məsud Pezeşkian Tehranda keçirilən Təbriz mədəniyyət həftəsində Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın şeirindən iki bənd oxumuşdu. Bu zaman ona xəbərdarlıq edildi və prezident şeirin ardını deməyi dayandırdı. Pezeşkian tədbirdən sonra dolayısı ilə bildirdi ki, ölkədə prezidentin heç bir hüququ-səlahiyyəti yoxdur və ona düşündüyü heç nəyi həyata keçirməyə imkan vermirlər.
SOCAR rəsmisi xaricdə otelə apardığı qadınla medianın gündəminə düşdü – FOTOLAR
Bu gün İranda ikihakimiyyətlilik var və əslində “görünməyən” hakimiyyət – SEPAH - daha güclüdür. Buna görə də düşünürəm ki, Pezeşkian istefa barədə yaxın ətrafına tez-tez danışır. O, vəzifə aşiqi deyil, ona görə də istefa verə bilər”.
Politoloq əlavə edib ki, əslində İranda iqtisadi-siyasi gərginlik göründüyündən qat-qat dərindir:
“Nəzərə almaq lazımdır ki, İsrail İranın nüvə məsələsində dirənişindən istifadə edir. MAQATE də ardıcıl olaraq İranın nüvə silahı istiqamətində irəlilədiyini və uranı zənginləşdirməsindən narahatlığını bildirməkdədir. Bu, İsrailin iddialarına haqq qazandırır. Digər yandan isə İran dini lideri Əli Xamenei ABŞ-la Pezeşkian hökumətinin dialoqa getməsinə imkan vermir. Bunu da Pezeşkian açıq şəkildə parlamentdə etiraf etdi. Həm daxili iqtisadi gərginlik, həm də İran ətrafında halqanın daralması siyasi hakimiyyətdə böhranı dərinləşdirir. Pezeşkian verdiyi vədləri yerinə yetirə bilmir: ABŞ və AB ilə danışıqlara gedib, sanksiyaların yumşaldılmasına da nail ola bilmir, daxili islahatlar da aparmağa imkan verilmir. Bu isə ciddi nəticələrə gətirib çıxaracaq”.
- Rusiya Azərbaycanla bağlı iddianı rədd etdi
- Qətəri vurmaq üçün qalxan İsrail təyyarələri... - Şok fakt
- Rus kəşfiyyatının Bakıda gizli fəaliyyəti... - Şok detallar
- Simonyan çox irəli getdi: Azərbaycanla vahid bazar...
- İğtişaşların səbəbi: Nepal uğrunda Çin-ABŞ savaşı?
- Qriqoryan Azərbaycana gəldi
- İrəvandan Zəngəzur açıqlaması: Dağlar dağıdılır, yol çəkilir
- Manaf Ağayevin oğlu işdən çıxarıldı