Milyarderlər daha çox bu şəhərlərdə yaşayır - Siyahı
Dünyanın ən varlı şəxsləri müəyyən mərkəzlərdə toplanmağa davam edir. ABŞ və Çinin iri maliyyə və texnologiya mərkəzləri reytinq cədvəlinin ilk pillələrində qərarlaşıb.
“BUTA.TV” xarici KİV-ə istinadən, 2026-cı il üçün dünyada ən çox milyarderin yaşadığı şəhərlərin siyahısını təqdim edir:
.jpg)
1. Nyu-York – 146 milyarder (Dünya lideri)
Nyu-York 146 milyarderlə siyahının birinci pilləsindədir. Vol-Strit (Wall Street) ilə yanaşı texnologiya, daşınmaz əmlak, media və investisiya şirkətlərinin mərkəzi olması şəhəri qlobal sərvətin baş mərkəzinə çevirir. Nyu-York 2026-cı il siyahısında ard-arda üçüncü dəfə birinci sıradadır.
.jpg)
2. Şençjen
132 milyarderlə ikinci pilləyə yüksələn Şençjen Çinin texnologiya və sənaye mərkəzlərindən biridir. Şəhər ötən illə müqayisədə milyarderlərin sayını 47 nəfər artıraraq diqqətçəkən sıçrayış edib.
.jpg)
3. Şanxay
120 milyarder Şanxay Çinin beynəlxalq maliyyə, ticarət və sənaye mərkəzi kimi 120 milyarderlə üçüncüdür. Şençjendən geridə qalsa da, zənginlərin sayına görə dünyanın ən mühüm mərkəzlərindən biri olmağa davam edir.
.jpg)
4. Pekin
107 milyarder Çinin paytaxtı Pekin 107 milyarderlə dördüncü sıradadır. İri şirkətlərin baş qərargahları, texnologiya investisiyaları və ölkənin iqtisadi qərar mərkəzlərinə yaxınlıq şəhərin bu mövqeyində mühüm rol oynayır. Beləliklə, Çin ilk dördlükdə üç şəhərlə təmsil olunur.
.jpg)
5. London
102 milyarder 102 milyarderlə beşinci sırada qərarlaşan London Avropanın ən mühüm sərvət mərkəzidir. Maliyyə xidmətləri, daşınmaz əmlak, pərakəndə satış və media sektorları ön plandadır. “Hurun”un 2026-cı il məlumatlarına görə, Böyük Britaniyadakı milyarderlərin mühüm hissəsi məhz Londonda yaşayır.
.jpg)
6. Mumbay
95 milyarder 95 milyarderlə altıncı sırada yer alan Mumbay Hindistanın maliyyə və biznes mərkəzidir. Ölkə üzrə ümumilikdə 308 milyarder var ki, bu da Hindistanın qlobal sərvət sıralamasındakı çəkisini göstərir.
.jpg)
7. İstanbul
İstanbul 31 milyarderlə dünyanın ən çox milyarderinə ev sahibliyi edən şəhərlər arasında 24-cü pillədə qərarlaşıb. Tokio ilə eyni milyarder sayına malik olan İstanbul maliyyə, sənaye, ticarət və daşınmaz əmlak sahələrindəki böyük kapital qrupları ilə siyahıda yer alır.
“Yüz faiz cəzalanacaqlar” - Qurbanov