Ölkənin cəmi 9 faizini təşkil edən nusayrilərin içindən çıxmış təbəqə 50 il Suriya xalqının böyük çoxluğunu qətlə yetirdi, acımasız bir şəkildə malına, canına, namusuna təcavüz etdi. Suriyalıların hələ də 70 faizi qaçqın şəkildə yaşayır. Suriya rejim dəyişikliyindən sonra yenidən özünə gəlməyə başlayarkən, ölkəni 50 il qəsb etmiş təbəqə yenidən iğtişaşlara həvəsləndi. Lakin bu dəfə şiddətli cavab alarkən yenidən köhnə, "nusayri-ələvi qətliamı var" bayatılarına sığınmağa başladılar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Ruslan Bəşirli Suriyada baş verən son toqquşmalar və Qərbin reaksiyası haqqında qeyd edib.
“50 il ölkəni qəsb edərkən, insanları qətlə yetirərkən sadə nusayri vətəndaşları görməzdən gəldilər, indi isə onların adından istifadə edirlər. Artıq nusayrilərin bəzi liderləri “qətliam” iddialarını təkzib ediblər. Şara hökumətindən istədiyini ala bilməyən bəzi xarici ölkələr də 50 illik qətliamları görməzdən gələrkən, “nusayrisevər” olublar. Lakin Ankara və dəstəklədiyi Şam hökuməti qətiyyətlidir. Heç kimsə Suriya devrimini tərsə çevirə bilməyəcək!” – o bildirib.
Qeyd edək ki, 6 martda Bəşər Əsədin tərəfdarları olduğu bildirilən silahlı qruplaşma Latakiyada Suriya təhlükəsizlik qüvvələrinə hücum edib və bir neçə yaşayış məntəqəsini ələ keçirib. Bunun ardınca Suriya hökuməti bölgəyə ordu göndərib, sahilyanı ərazilərdə komendant saatı tətbiq edib, giriş-çıxışı bağlayıb. Artıq Cəblə da daxil olmaqla, silahlı qrupun ələ keçirdiyi yaşayış məntəqələrinə nəzarət bərpa edilib. Son məlumata görə, döyüşlər Tartus yaxınlığında gedir.
Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
Suriyada toqquşma zamanı təhlükəsizlik qüvvələrinin yerli ələvilərə qarşı həddən artıq sərt davrandığı və qətliamlar törətdiyi iddiaları var. Bəzi məlumatlara görə, hətta ölən mülki əhalinin sayı 850-ni keçib.
Bəzi Qərb ölkələri, xüsusilə HTŞ-nin 8 mart 2024-cü il qələbəsini həzm etməyən dövlətlər bu “soyqırım”ın dayandırılması üçün Suriya hökumətinə çağırış edib.
“Əsəd tərəfdarları” adlandırılan ələvi qüvvələrinin arxasında İranın dayandığı iddiaları da var.
- Arakçının İrəvan səfərində Türkiyə və ABŞ hədəfi
- Azərbaycanda həkim faciəli şəkildə öldü - FOTO
- Bakıdan İrəvana: Bu imkanı əldən vermə!
- Azərbaycanlılara qarşı “kürd ssenarisi”: Pezeşkian da gəldi
- Əgər xalq mənim qərarıma qarşı çıxarsa... - Paşinyan
- Broyler toyuqları sağalmaz xəstəliyə, sonsuzluğa, cinsi zəifliyə səbəb olur?
- Razılığa gəlmişik, yalnız imzalamaq qalır - Rubinyan
- Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırıq - Nikol