İranın xarici işlər naziri Abbas Arakçının İrəvana səfərini iki kontekstdə dəyərləndirmək olar.
Birincisi, Tehranın regiondakı mövqelərinin perspektivini dəyərləndirmək;
İrəvanın 2022-ci ildən etibarən sürətlənən Moskvadan uzaqlaşmaq siyasəti fonunda Tehran Ermənistanda Rusiyanın yerini doldurmağa çalışıb. Lakin ABŞ-Rusiya anlaşması situasiyanın dəyişməsi perspektivlərini ortaya çıxarır. İran Rusiyanın yenidən Ermənistandakı mövqelərini qaytarmaq gözləntilərinə qarşı İrəvanla “saatları yoxlamağa” çalışır. Paralel olaraq, Bakı-İrəvan sülh sazişi mətninin razılaşdırılması və Ermənistanın Türkiyə ilə münasibətlərinin isti mərhələyə keçidi İranı regionda yarana biləcək situasiyalara hazırlıqlı olmağa məcbur edir. Tehranın məqsədi Ermənistanın “regional müdafiəçisi” rolunu saxlamaqdır.
İkincisi, “Ermənistanın müdafiəsi” üzərindən Qərbdə dəstək axtarışını davam etdirmək;
44 günlük müharibədən sonra Ermənistanı “qardaş” kimi dəstəkləyən Tehranın hədəflərindən biri də ABŞ başda olmaqla, Qərbə “sizin tərəfdaşınızın təhlükəsizliyini mən qoruyuram” mesajını vermək, bununla İrana müdaxilə/təzyiq siyasətini yumşaltmaq idi. Bu prosesdə Qərb ölkələrindəki erməni və fars lobbisinin birgə fəaliyyəti də müşahidə edilirdi. Tramp Administrasiyasının İrana vaxt verdiyi ərəfədə Tehran eyni taktikaya yenidən əl atır və mümkünsə, erməni kanallar üzərindən Vaşinqtona yol tapmaq, mümkün olmasa, İrəvanın faktiki müttəfiqinə çevrilən Fransa başda olmaqla, Avropa ilə “Ermənistanın müdafiəsi” üzərində anlaşmaq istəyir: Tehran AB-nin Cənubi Qafqazdakı platformasının təhlükəsizliyini təmin edir, əvəzində Avropa ABŞ qarşısında İrana dəstək verir.
Bunun fonunda İranın Ermənistanın müdafiəsinə hesablanmış regional çağırışları intensivləşdirəcəyi gözləntiləri artır.
- Prezident narkomanlığa qarşı bu proqramı təsdiqlədi
- Mühüm qərar: Bu şəxslər işlə təmin ediləcək...
- Prezidentdən Fətəli xan Xoyski ilə bağlı sərəncam
- ABŞ səfirliyinin əməkdaşı yarım milyonu necə ələ keçirib?
- Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv olundu
- Azərbaycana bu il ən çox sərmayə qoyan ölkələr
- İrəvanda “artsax nümayəndəliyi”: məhkəmə niyə 2026-ya qalır?
- ABŞ-dan qəribə xəbərdarlıq: Azərbaycanla sərhədə getməyin!