Sadəcə olaraq, Qırğızıstan, Özbəkistan və Qazaxıstan beynəlxalq birlikdə Cənubi Kipr Respublikasını rəsmən tanıyan ölkələrin sırasına qoşuldu.
Bu sözləri BUTA.TV-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Şimali Kiprin tanınmamasına gəlincə, bu, artıq uzun hekayədir. Bilirik ki, Türkiyə Şimali Kiprin rəsmi dövlət olmasını çox istəyir. Amma müəyyən ziddiyyətlər var. Şimali Kipr prinsipcə heç kim tərəfindən tanınmır. Bu ölkələrin hərəkətləri məntiqli və haqlıdır, Türkiyə ilə diplomatik fikir ayrılıqlarına səbəb ola bilər, amma bundan başqa heç nə olmayacaq. Çünki belə bir qərarda heç bir qəbahət görmürəm. Amma fakt budur ki, bu, müstəqil Şimali Kipr Türk Respublikasının yaradılmasına mane ola bilər. Cənubi Kipri legitimləşdirən və Şimali Kiprin gələcək dövlətçiliyindən şübhə edən ölkə sayı çoxaldıqca, Şimali Kiprin tamhüquqlu bir dövlət olma şansı da azalır. Baxmayaraq ki, beynəlxalq aləmdəki dəyişikliklərə baxsaq, geosiyasət dəyişir. Şimali Kiprin tanınmasına səbəb ola biləcək başqa amillər ortaya çıxsa, təəccüblənmərəm”, - o bildirib.
Qeyd edək ki, AB-nin Mərkəzi Asiya dövlətləri ilə Səmərqənddə ilk dəfə iclası keçirilib. İclasın nəticəsi olaraq Orta Asiyaya 12 milyard avro investisiya vəd edən anlaşmaya imza atan türk dövlətləri dolayısı ilə Türkiyənin Kiprin şimalını “işğal etməsini” təsdiqləyib.
- 200 milyon avroyadək qrant ayrılacaq - Bakıda mühüm elan
- Azərbaycanda bu məhsulların qiyməti bahalaşacaq - Siyahı
- Samuxda yük maşını çaya aşdı - Sərhədçimiz öldü+Yenilənib
- Ləman Ələşrəfqızını aldatdılar - İqbal Ağazadənin adından+Foto
- “Üfüqdən o yana baxış...” - Video
- Azərbaycanda maksimal temperatur neçə dərəcə olub?
- “Siz şəxsi liderliyinizi göstərdiniz ki, bu regionda sülh bərqərar edilsin”
- İlham Əliyev və Lyayen mətbuata bəyanatlarla çıxış etdilər