Biz artıq uzun illərdir qeyri-sabitlik və münaqişələrdən əziyyət çəkən regionumuzda yeni böhranların olmasını istəmirik.

BUTA.TV yerli mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyanın şimalında və İraqda həyata keçirilən sərhəd əməliyyatları sayəsində biz terroru mənbəyində aradan qaldırmağa yaxınlaşdıq və indi yeni mərhələyə keçirik”, - o bildirib.

Ərdoğan vurğulayıb ki, gələcəkdə mübarizə neft deyil, XXI əsrin ən strateji resursu olan su uğrunda olacaq:

“Türkiyə bol su olan ölkə deyil. Biz su qıtlığı şəraitində yaşayırıq. Əgər tədbir görməsək, daha ciddi problemlərlə üzləşəcəyik”.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı