Pakistanın Baş naziri Şahbaz Şərif Hindistanın 6 may gecəsi həyata keçirdiyi hücumu “qorxaqlıq” adlandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə Şərif xalqa müraciətində bildirib.

O, nəzarət xətti üzərində toqquşma zamanı beş Hindistan qırıcısını vurduğuna görə Pakistan ordusunu tərifləyib:

“Bu, Pakistanın hücuma sarsıdıcı cavabı idi. Biz mütləq qarşı çıxacağıq və qalib gələcəyik”.

Şərif həmçinin Pakistanın 22 apreldə Cammu və Kəşmirdə 26 turistin ölümünə səbəb olan terror aktında əlinin olmadığını və Hindistanın bu yalandan sui-istifadə etdiyini vurğulayıb.

70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı 70 ölkə zalı tərk etdi, Azərbaycan qaldı — Türkiyədə sərt reaksiyalar: Elçibəyin helikopter tələbi xatırlandı