Azərbaycan və Çex respublikalarının Müdafiə nazirlikləri nümayəndələrinin iştirakı ilə "İkitərəfli hərbi əməkdaşlıq danışıqları" keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə ölkələr arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Eyni zamanda, qarşılıqlı maraq doğuran mövzulara dair ətraflı fikir mübadiləsi aparılıb və müxtəlif sahələr üzrə brifinqlər təqdim edilib.
Danışıqların yekununda tərəflər arasında 2026-cı il üçün "İkitərəfli hərbi əməkdaşlıq planı" imzalanıb.
Qarşılıqlı hədiyyələr təqdim olunduqdan sonra xatirə fotosu çəkdirilib.
- Sabah 3 rayonda qaz olmayacaq
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
- Prezident fərman imzaladı
- İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
- FHN havaya görə əhaliyə müraciət etdi
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır