Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

16:06 - 13 Avqust 2026 - GÜNDƏM

 Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Bakı Metropoliteni" QSC tərəfindən xətlərin ayrılması layihəsi çərçivəsində "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkəti avqustun 15-dən müvəqqəti dayandırılacaq.

Bu barədə BUTA.TV-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, dəstəkləyici tədbir kimi AYNA tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu isə avqustun 14-dən fəaliyyətə başlayacaq.

Xatırladaq ki, yeni ekspres marşrutlar:

Bu xəbər hal-hazırda çox oxunur
PSJ Superkuboku da qazandı - Video-Yenilənib

M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;

M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;

M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;

M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;

M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;

M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları arasında fəaliyyət göstərəcək.

Sərnişinlərə xidmət göstərəcək yeni ekspres avtobusların dayanacaq məntəqələri ilə bu videoda tanış ola bilərsiniz.

Eyni zamanda, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.

Bu gündən isə "28 May" Nəqliyyat Mübadilə Mərkəzinə daxil olan 32, 49, 120E və 125 nömrəli müntəzəm marşrutların son dayanacaq məntəqələri dəyişdirilərək Səməd Vurğun bağının ətrafında təşkil edilib. Belə ki, 32 və 49 nömrəli marşrutların son dayanacağı Dilarə Əliyeva küçəsində, 120E və 125 nömrəli marşrutların isə Puşkin küçəsində təyin edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol