Şəkidə ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə gecə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elsevər İsmayılovun idarə etdiyi "Mersedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb.
T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
- Bölgələrdə külək güclənəcək
- 160 nəfər müharibə veteranı üçün kiçik təsərrüfatlar yaradılıb
- Axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
- Prezident fərman imzaladı
- İş adamının qətlinin sifarişçisi tutulub - Azərbaycana gətirildi
- FHN havaya görə əhaliyə müraciət etdi
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Azərbaycanda süleymançılar təriqəti kimlərdir?