Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
BUTA.TV xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Tərtər rayonu, Qaradağlı kəndində fəaliyyət göstərən fərdi sahibkar Nəbiyev Əli Məhəmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 2 ədəd tutumun istismar müddətinin bitdiyi, texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
- Bakı və bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
- Nazir Mirzə Mirzəyevə vəzifə verdi - Foto
- Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı
- Bakı-Qazax yolundakı dəhşətli qəzanın - Anbaan videosu
- Hindistanlı cütlük Şahdağda 3 gün 3 gecə toy edir - Video
- Zakir Həsənov Azərbaycan Ordusunu təbrik etdi
- Bu ərazilərə leysan yağır
- AZAl-ın yeni təyyarəsi: hansı üstünlükləri var? - Foto