Kür çayının İmişlidən keçən hissəsində su artımı stabilləşib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a İmişli rayonunun Məmmədli kənd bələdiyyəsinin sədri Rəfael Əyyubov məlumat verib.
Onun sözlərinə görə, bu gün Kür çayının rayonun Ağamalılar, Məmmədli, Əlyetməzli və Telişli kəndlərindən keçən hissəsində su artımı stabilləşib.
"Çayda suyun səviyyəsi nə azalıb, nə də artıb. Mühafizə bəndləri olduğundan evlər üçün heç bir təhlükə yoxdur", - bələdiyyə sədri bildirib.
Qeyd edək ki, indiyə qədər Kür çayında su səviyyəsinin artması nəticəsində İmişli rayonunda 400 hektardan çox əkin sahəsi su altında qalıb. Belə ki, rayonun Ağamalılar kəndində 40, Telişli kəndində 35, Əlyetməzli kəndində 225 , Məmmədli kəndində isə 16,62 hektar əkin sahəsi suların təsirinə məruz qalıb.
- FHN havaya görə əhaliyə müraciət etdi
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Azərbaycanda süleymançılar təriqəti kimlərdir?
- “Mayak”da daha 10 xəbərdarlıq lövhəsi quraşdırıldı - Foto
- Naxçıvanda əhalinin sayı artdı
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama