Milli Məclis narkoloji xəstələrin işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılmasını son oxunuşda qəbul edib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsi və "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Məlumat verilib ki, narkotik asılılığı olan şəxslərin narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növü və vəzifələr üzrə işə qəbulunun qarşısının alınmasından ötrü işəgötürənin məsuliyyətinin artırılması məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub.
Həmin yarımbəndin icrası çərçivəsində hər iki qanunvericiliyə dəyişiklik edilməsi məqsədi ilə qanun layihəsi hazırlanıb.
Layihədə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsinin verdiyi tibbi müayinə (tibb yoxlama) haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb.
Habelə, dəyişikliyə əsasən Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olan şəxsin işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
- FHN havaya görə əhaliyə müraciət etdi
- Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
- Azərbaycanda süleymançılar təriqəti kimlərdir?
- “Mayak”da daha 10 xəbərdarlıq lövhəsi quraşdırıldı - Foto
- Naxçıvanda əhalinin sayı artdı
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama