Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında yaxud birbaşa altında yerləşən torpaqlara qəti şəkildə çıxarış verilmir. Çıxarış verilmədiyi üçün, belə əmlaklar üzərində notarial qaydada alqı-satqı aparılması mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə bildirib.
O qeyd edib ki, sözügedən ərazilərdə əmlak tikintisi birmənalı şəkildə qeyri-qanunidir:
“Belə ərazilərdə tikinti aparılması da birmənalı şəkildə qanunsuzdur. Realtorların bu tip ərazilərdə satışa çıxardığı əmlaklar isə qanunsuz tikililərdir. Torpaq sahələri zəbt olunur və qeyri-qanuni alqı-satqı həyata keçirilir. Vətəndaşlar bu məsələdə diqqətli olmalıdır. Yüksək gərginlikli elektrik xətlərinin yaxınlığında olan əmlaklara çıxarış təqdim olunmur”.
Ekspert vurğulayıb ki, enerji ötürücülərinin yaxınlığında tikintinin aparılması hüquqi məsuliyyətə səbəb olur:
“Qanunvericilikdə belə hallar dələduzluq hesab edilir və Cinayət Məcəlləsi ilə məsuliyyətə səbəb olur. Əgər bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət olunmursa, fakt aşkarlanmır. Fakt aşkarlandığı təqdirdə, hüquq-mühafizə orqanlarında dələduzluqla bağlı birbaşa iş qaldırılır. Ümumiyyətlə Azərbaycanda daşınmaz əmlakın yeganə alqı-satqı yolu notarial qaydada həyətə keçirilməsidir”.
Qeyd edək ki, Xırdalanda əmlak səhifələrindən birində satışa çıxarılan ev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yüksək gərginlikli elektrik xətlərinin birbaşa altında yerləşən yaşayış evi satışa qoyulub. Təkcə tikilinin özü deyil, evin ümumi həyət sahəsinin də elektrik dirəyinin altında olması diqqət çəkib. Bildirilir ki, sözügedən vəziyyət təhlükə riskini daha da artırır.
- Bu tarixədək yağış yağacaq - Xəbərdarlıq
- Samuxda 9 nəfərdə qarayara aşkarlandı - Rəsmi
- Qarayara xəstəliyi ilə bağlı vəziyyət nəzarətə götürüldü - Rəsmi açıqlama
- Dördüncü qrupda bu ixtisaslarda ballar artacaq
- Elman Paşayevin 5 milyonluq “Rənc Rover”i hərracda...
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?