Azərbaycanda xarici bank kartı ilə də ictimai nəqliyyatda ödəniş etmək imkanı yaradılıb.
Bu barədə BUTA.TV-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından (WUF13) öncə silsilə tədbirlərdən daha biri reallaşıb. Artıq ictimai nəqliyyatda xarici bank kartları ilə ödənişlər mümkün olub. Belə ki, xarici emissiyalı bank kartları vasitəsilə ictimai nəqliyyatda NFC texnologiyası əsasında təmassız ödəniş imkanı qoşulub.
Yenilik sayəsində xarici vətəndaşlar, turistlər əlavə kart və ya yerli ödəniş vasitələri əldə etmədən öz beynəlxalq bank kartları vasitəsilə ictimai nəqliyyatdan istifadə edə biləcəklər. Bundan öncə isə NFC dəstəkli yalnız yerli bank kartları ilə ödəniş mümkün idi.
NFC ödəniş sisteminə ötən ildən başlanılıb. Bu, sərnişinlərə rahat ödəniş imkanı yaratmaqla yanaşı, xidmət keyfiyyətini artırmağa da imkan verir.
Xatırladaq ki, NFC ödəniş sistemi hazırda Bakı və Gəncə şəhərlərində, eyni zamanda Bakı-Sumqayıt marşrutlarında istifadə edilir.
İctimai nəqliyyatda bu yeniliyə "K-Group" MMC (BakıKart) şirkəti və banklarla birgə əməkdaşlıq çərçivəsində nail olunub.
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?
- Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı
- III qrup üzrə keçid ballarını açıqlandı
- Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var
- DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...
- Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı