Xəzər dənizi akvatoriyasında 2026-cı il 1 may tarixindən balıq ovuna mövsümi qadağa tətbiq ediləcək.
Bu barədə BUTA.TV-a Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində "Balıqçılıq və Akvakultura Mərkəzi" Publik Hüquqi Şəxsi məlumat verib.
Bildirilib ki, mövsümi qadağa müddətində sənaye və həvəskar balıq ovu qəti şəkildə qadağandır və bu qaydaları pozan şəxslər barəsində qanuni tədbirlər görüləcək.
"Qadağa müddətində qanunsuz balıq ovunun qarşısının alınması, su bioresurslarının qorunması və ekoloji tarazlığın təmin olunması məqsədilə aidiyyəti dövlət qurumları tərəfindən nəzarət tədbirləri mütəmadi davam etdiriləcəkdir", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, aprelin 1-dən Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprel ayının 1-dən sentyabr ayının 1-dək qadağan edilib.
- DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...
- "Expressbank" eyni gündə 2 filial açıb
- Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı
- Dörd gün əvvəl aldığı 8 milyonluq yaxta batdı - Fotolar
- Bakı metrosu "Qarabağ"ın oyununa görə iş rejimini dəyişdirir
- Məktəbli formalarının qiymətləri açıqlandı
- Ölkədə epidemioloji durum nəzarət altındadır - Rəsmi
- Samuxda zəhərlənənlərin sayı 11-ə çatdı - Yenilənib