Bakının Lökbatan qəsəbəsində uzun müddətdir yarımçıq qalan xəstəxana binası yenidən qurulacaq.
BUTA.TV Baku.ws-yə istinadən xəbər verir ki, layihə Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyəti tərəfindən həyata keçiriləcək. Görüləcək işlərin ümumi dəyəri təxminən 1.9 milyon manat təşkil edir.
Planlaşdırılan işlərə əsasən, mövcud bina əvvəlki təyinatından fərqli şəkildə yenidən qurulacaq və burada 218 çarpayılıq Psixiatriya Mərkəzi ilə 123 çarpayılıq Narkoloji Mərkəz fəaliyyət göstərəcək.
Layihənin əsas məqsədi paytaxtda psixi sağlamlıq və narkoloji xidmətlərin genişləndirilməsi, habelə bu sahədə tibbi xidmətlərin əlçatanlığının artırılmasıdır.
- Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
- “Dərnəgül” deposunun ikinci tikinti mərhələsi yekunlaşdı
- Sabah hava necə olacaq?
- Qanunsuz yaşayan 132 əcnəbi ölkədən çıxarıldı
- III qrup üzrə keçid ballarını açıqlandı
- Sabiq deputatın dövlətə 1 milyondan çox borcu var
- DİM sədri şanslı qrupu açıqladı: Yerlərin 75%-i...
- Şuşakənddə insan sümüyünə bənzər qalıqlar aşkarlandı