Azərbaycan məktəblərində təlim və tərbiyənin paralel aparılması, tərbiyə məsələlərinin önə çəkilməsi vacibdir.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Dayanıqlı inkişaf: ailə, qadın və uşaq siyasəti” mövzusunda konfransda deyib.
O bildirib ki, dəyərlər və dəyərlərə əsaslanan təhsil sisteminin formalaşmasında yüksək nəticələr əldə etmək olar:
"Cəmiyyətimizdə yalnız imtahan nəticələri deyil, həmçinin uşaqların tərbiyəsi, onların psixoloji-emosional inkişaf məsələləri də müzakirə olunmalıdır. Təhsil nailiyyətlərinə baxdıqda iki qrup inkişafdan danışılır. Birinci qrup təlim və nəticələrdir. Bunları ölçmək, hansısa imtahanla müəyyən etmək daha rahatdır. İkincisi isə uşaq tərbiyəsidir. Tərbiyə məsələləri daha mürəkkəbdir, bunu ölçmək daha çətindir".
- Ordumuz yeni modelə keçir, gücünü artırır
- Arda DÇ-də rekorda imza atdı
- Türkiyə DÇ-də son oyununda ABŞ-yə qalib gəldi - Yenilənib - Video
- Bu küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- Ordumuzla qürur duyuruq! - Mehriban Əliyeva
- “Generallar özləri mənə bunu etiraf ediblər...” - Videomüsahibə
- Ağbənd buraxılış məntəqəsi yaxın zamanda istifadəyə veriləcək
- İsrail Prezidentinin helikopteri quş sürüsü ilə toqquşdu - Təcili eniş etdi