İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü “kral” elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində “sahibsiz” kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikdə 117 min kvadratmetrlik ərazini əldə edib. Qanuna əsasən, belə torpaqlar üçün sadəcə rəsmi müraciət kifayət edir.
Onun nəzarətinə keçən ərazilər arasında yaşayış zonalarında istifadə olunan yollar da var. Bu isə yerli sakinlər və bələdiyyələr üçün ciddi problemlər yaradıb. Bildirilir ki, Lauviner həmin yolları istifadə edənlərdən “xidmət haqqı” tələb etməyə başlayıb.
Özünü “kral” kimi təqdim edən şəxs bu prosesi “qan tökmədən aparılan əməliyyat” adlandırıb. O, həmçinin ərazilər üzərində əlavə tikinti və keçid hüquqları üçün də ödəniş tələb edir.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
Hadisə ölkədə böyük narazılığa səbəb olub. Yerli rəsmilər bu addımı qanunların sui-istifadəsi kimi qiymətləndirir və oxşar halların qarşısını almaq üçün yeni qaydalar hazırlanır.
- BŞİH-in qarşısında civəli termometr bərpa edildi - Foto
- Yanvar-iyul aylarında 30,2 min şəxsə əlillik təyin olunub
- Pensiya alanların nəzərinə!
- Dilqəm Əsgərovla oğlu yenə dalaşdı - Nəyi bölüşə bilmirlər?- Video
- Tarixdə ən isti avqust ayı olacaq
- “Kontakt”ın “Bakıxanov stansiyası” mağazasında növbəti “Apple Shop”
- Mətbəxdə qazı açdı, yerinə su gəldi - Video
- İmişlidə yanğın törədən şəxs saxlanıldı