"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.
BUTA.TV xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı açıqlamada bildirilib.
"Yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək", - deyə açıqlamada qeyd olunub.
“Sabah”ın oyunundakı davaya görə cinayət işi başlanıldı - Saxlanılanlar var
- Bakıda mağazada başlayan yanğın evlərə keçdi
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib
- Qəzada həlak olan AAYDA əməkdaşının - Fotosu
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Əkrəm İmamoğlu CHP-dən istefa verdi
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib