Hərbi xidmətə çağırılan diplomatlar üçün yeni müavinət və imtiyaz müəyyənləşir.
BUTA.TV xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılmış “Diplomatik xidmət haqqında” qanuna təklif edilən yeni - 13.14-1-ci və 13.14-2-ci maddələrdə əksini tapıb.
Layihəyə əsasən, müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırılması ilə əlaqədar xidmətinə xitam verilmiş diplomatik xidmət əməkdaşına orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinət ödəniləcək. Diplomatik xidmət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək diplomatik vəzifədə xidmət keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki diplomatik vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
- İqamətgahına 30 qadın gətirib - Səfirin “qonaqları” qalmaqal yaratdı
- Bu gün bu rayonlarda işıq olmayacaq
- PSJ Superkuboku da qazandı - Video-Yenilənib
- Qəzada həlak olan AAYDA əməkdaşının - Fotosu
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Əkrəm İmamoğlu CHP-dən istefa verdi
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
- Bayıl və Badamdar sakinlərinin diqqətinə!