Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən intensiv yağıntılar nəticəsində sürüşmənin baş verdiyi Altıağac–Xızı avtomobil yolunda bərpa və möhkəmləndirmə işlərinə başlanılıb.
Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Məlumata əsasən, yolun təhlükəsiz və dayanıqlı vəziyyətə gətirilməsi məqsədilə əraziyə kifayət qədər canlı qüvvə, xüsusi texnika və mexanizmlər cəlb olunub. Sürüşmə nəticəsində deformasiyaya uğramış hissələrin bərpası, torpaq kütlələrinin təmizlənməsi, həmçinin yol yatağının möhkəmləndirilməsi istiqamətində işlər aparılır.
Əsas məqsəd nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək və bölgədə nəqliyyat əlaqəsinin tam bərpasına nail olmaqdır. Eyni zamanda, yağıntılı hava şəraitinin yaratdığı risklərin minimuma endirilməsi üçün əlavə qabaqlayıcı tədbirlər də görülür.
Prezident sərəncamına əsasən, təkcə Altıağac–Xızı yolunda deyil, ölkə üzrə ümumilikdə 25 avtomobil yolunda yağış və sel sularının törətdiyi fəsadların aradan qaldırılması nəzərdə tutulub. Bu çərçivədə zərər görmüş yol infrastrukturlarının bərpası, körpü və suötürücü qurğuların təmiri, eləcə də təhlükəli ərazilərdə mühafizə tədbirlərinin gücləndirilməsi həyata keçiriləcək.
- Xaçmazda divarlara bu yazıları yazanlar saxlanıldılar
- Bakıda sərnişin avtobusu yandı - Video-Yenilənib
- Bayıl və Badamdar sakinlərinin diqqətinə!
- AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar
- Bu ilin ikinci Günəş tutulması başladı
- Yerli azarkeşləri təhqir ediblərmiş - “Sabah” bəyanat yaydı
- Xəzər dənizinin səviyyəsi bu tarixə kimi azalacaq
- Paşinyan Zelenski ilə danışdı