Azərbaycanımızda turizm potensialı olan o qədər yer var ki… Sadəcə “vizyon” (düzgün yanaşma, yaradıcı baxış) çatmır, hekayəçilik çatmır.
BUTA.TV xəbər verir ki, bunu hazırda Dubayda yaşayan jurnalist Yeganə Həsənova özünün Feysbuk səhifəsində yazıb.
“Götürək elə kilsələri. Qəbələ, Oğuz, Zaqatala və başqa rayonlarda əsrlərlə tarixi olan qədim kilsələr var. Hətta yadımdadır, Qəbələ-Oğuz tərəflərində bir neçə kilsəyə getmişdim və orada demişdilər ki, İsa peyğəmbərin həvarilərindən biri burada dəfn olunub.
Bax bu bütün xristian dünyasının diqqətini cəlb etmək üçün hekayənin ipucu deyilmi?
Məmurların adından “təcili” pul istəyirlər - Beynəlxalq araşdırma başladı
Dünyanın harasına gedirsən get, bəzən elə adi bir yerin ətrafında elə maraqlı hekayə qururlar ki, ora milyonlarla turist gəlir. Sənin isə əlində tarix var, mədəniyyət var, əfsanə var, təbiət var. Hazır material var. Amma onu dünyaya danışan yoxdur.
Turizm sadəcə “gəlin, gözəl təbiətimiz var” deməklə olmur. Turizm hekayə satır. Maraq satır. Təcrübə satır. Bizim isə materialımız boldur, sadəcə ölkəyə bir konteyner “vizyon” göndərmək lazımdır”, - o qeyd edib.
- Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi
- Əməyin təhlükəsizliyi ilə bağlı daha 55 milli standart hazırlanır
- Bəşər Əsəd barəsində qiyabi ölüm hökmü çıxarıldı
- Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto
- Sabah hava necə olacaq?
- Məşhur şadlıq sarayı 5,5 milyona satışa çıxarıldı
- Dünənki qəzada ölənlərin sayı 4-ə çatdı
- Oğuzda bu park baxımsız vəziyyətdədir - Video