“Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video

11:35 - 11 Avqust 2026 - GÜNDƏM

 “Binamızın altını hotel ediblər, səs-küydən otura bilmirik...” - Video

Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində çoxmərtəbəli yaşayış  binasının ikinci mərtəbəsinin hostel, üçüncü mərtəbəsinin isə hotel kimi “Kristal AA” MTK tərəfindən icarəyə verilməsi sakinlərin narazılığına səbəb olub.

BUTA.TV” xəbər verir ki, bu şikayətlə Xəzər TV-yə bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, “Kristal AA” MTK-ya məxsus binada antisanitar vəziyyət yaranıb, səs-küydən gecələr mənzillərində rahat yaşaya bilmirlər. MTK isə onların bu vəziyyətinə biganə yanaşır. Rəhbərliyə dəfələrlə müraciət etsələr də, onların narazılığına məhəl qoyulmayıb.

Sakinlərin iddialarına aydınlıq gətirmək məqsədilə “Kristal AA” MTK rəhbərliyi ilə əlaqə saxlanılsa da, sualı dinləyərək dəstəyi asıblar. Daha sonra eyniadlı hotelə müraciət olunsa da, onlar da kameranın obyektivindən yayınıblar.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli isə bildirib ki, qeyd olunan ərazidə hotel əməkdaşları tərəfindən antisanitar vəziyyət yaradılması ilə bağlı vətəndaşların polisə müraciəti əsasında araşdırma aparılıb və inzibati qaydada protokol tərtib olunub. Eyni halın təkrarlanacağı təqdirdə daha ciddi məsuliyyət tədbirləri görüləcək.

Daha ətraflı süjetdə:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol