“Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib

19:07 - 16 İyun 2026 - GÜNDƏM

 “Qarabağ”ın Avropa Liqasındakı rəqibi ikinci liqa klubudur - Yenilənib

Bu gün “Qarabağ”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibinin adına aydınlıq gələcək. 

BUTA.TV” xəbər verir ki, turnirin püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutacaq. 

Tədbir Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

“Qarabağ”ın 1-ci təsnifat mərhələsində mümkün rəqiblərinin tam siyahısı belədir:

- “Jilina” (Slovakiya);

- “Voyvodina” (Serbiya);

- “Universitatya Kluj” (Rumıniya);

- “Alüminiy” (Sloveniya);

- “Derri Siti” (İrlandiya);

- “Vestri” (İslandiya).

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.

***

Ağdam klubunun rəqibi İslandiyanın “Vestri” klubu olur.

Qeyd edək ki, klub İslandiya İkinci Divizionunda mübarizə aparır. Lakin onlar 2025-ci ildə ölkə kubokunun qalibi olduqları üçün Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparmağa haqq qazanıblar.

 

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol