Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video

01:46 - 16 İyun 2026 - GÜNDƏM

 Anasının viza xərcini ödəyə bilməyən qapıçı 90 dəqiqədə 2 milyon izləyici topladı - Video

Kabo-Verde millisinin qapıçısı Vozinya dünya çempionatının qrup mərhələsinin ilk turundan sonra gündəm olub.

BUTA.TV” xəbər verir ki, İspaniya ilə matçdan əvvəl onun instaqram hesabında cəmi 50 min izləyicisi var imiş.

Qarşılaşmada inamlı çıxış edən çərçivə qoruycusunun matçdan sonra izləyicilərinin sayı 2 milyona qalxıb.

Bu isə qapıçı üçün sürpriz olub.

Matç bitdikdən sonra o, verdiyi təsirli açıqlama ilə də diqqət çəkib: “Oyun bitdi və mən ağladım. Çünki məni nənəm və babam böyütdü. Onlar bir neçə il öncə vəfat etdilər və bu günü görmədilər. Anam da viza ala bilmədiyi üçün ABŞ-yə gələ bilmədi. Çünki viza üçün ödənişi vaxtında edə bilmədik”.

40 yaşlı qolkiper həm də İspaniya ilə matçın ən yaxşısı seçilib. O, 7 qurtarışla tarix yaza bilib. Mundialın ən yaşlı oyunçularından olan Vozinya hazırda klubsuzdur. 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol